Fransa çempionatında hakim futbolçunu vurub və onu oyundan qovub

15-01-2018, 09:44           
Fransa çempionatında hakim futbolçunu vurub və onu oyundan qovub
Fransa çempionatının 20-ci turunda "Nant" - PSJ" matçının əsas hakimi Toni Şapron meydan sahiblərinin oyunçusu Dieqo Karlosu vurub və sonra ona qırmızı kart göstərib.

"Report" xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu, oyunun sonlarında baş verib. Belə ki, qarşılaşmanın 90-cı dəqiqəsində "Nant"ın müdafiəçisi Karlos Şaprona ilişib. Nəticədə hakim qazonun üstünə yıxılıb. Hakim dərhal futbolçunu ayaqla vurub.

Bundan sonra Şapron Karlosa futbolçya matçda ikinci sarı vərəqəni göstərib. Bundan əlavə, hakim "PSJ"nin xeyrinə cərimə zərbəsi də təyin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru