Əfsanəvi futbolçu baş məşqçi oldu

15-01-2018, 20:38           

“Mançester Yunayted” və Uelsin əfsanəvi futbolçularından olan Rayan Giqqz Uels millisinə baş məşqçi təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, daha öncə “Mançester Yunayted”də Devid Moyes və Lui van Qalın köməkçisi işləmiş 44 yaşlı Giqqz, ilk baş məşqçi təcrübəsini öz ölkəsinin millisində yaşayacaq.

Xatırladaq ki, Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə əldə edə bilməyən Uelsdə baş məşqçi Kris Kolmanla yollar ayrılmışdı.

Qeyd edək ki, 1991-2007-ci illərdə Uels millisində çıxış edən Giqqz 64 oyunda 12 qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru