UEFA Superkuboku üçün hansı şəhərlər yarışacaq?

16-01-2018, 00:36           
UEFA Superkuboku üçün hansı şəhərlər yarışacaq?
Doqquz milli futbol assosiasiyası UEFA-nın 2020-ci il Superkubokunu keçirməyə maraq göstərdiyini bildirib.
teref.az xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.
Superkubok üçün yerin seçilməsi proseduru 2017-ci il dekabrın 8-də başlayıb. 2018-ci il yanvarın 12-dək milli assosiasiyalar oyunu keçirmək istədiklərini bildirməli idilər. Qeyd olunur ki, 2020-ci il Avropa çempionatı oyunlarına ev sahibliyi edəcək milli assosiasiyalar seçkilərdə iştirak edə bilməzlər.
Albaniya (Tirana), Belarus (Minsk), Finlandiya (Helsinki), Fransa (Nits), İsrail (Hayfa), Qazaxıstan (Almatı), Moldova (Kişinyov), Şimali İrlandiya (Belfast) və Portuqaliya (Portu) Superkubok uğrunda oyunun keçirilməsində maraqlı olduqlarını bildiriblər.
Superkubok oyununun keçirilməsi hüququ üçün müraciət assosiasiyalar tərəfindən 2018-ci il martın 29-dək edilməlidir. Oyunun keçirilmə yeri 2018-ci ilin mayında seçiləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru