Portuqaliyada futbol matçı tribunanın uçma riski səbəbindən yarımçıq qalıb

16-01-2018, 08:41           
Portuqaliyada futbol matçı tribunanın uçma riski səbəbindən yarımçıq qalıb
Portuqaliyada milli futbol çempionatının "Eştoril" və "Portu" komandaları arasında keçirilməli olan oyunu tribunanın uçma riski səbəbindən təxirə salınıb.

“Report” xəbər verir ki, hadisə "Antoniu Koimbra da Mota" stadionunda birinci hissədən sonra baş verib.

Fasilə zamanı konstruksiyanın uçma təhlükəsi səbəbindən cənub tribunasındakı azarkeşlər təxliyyə edilib. Basabas zamanı travma almış bir neçə fanata tibbi yardım göstərilib.

Birinci hissədə ev sahibi olan "Eştoril" 1:0 hesabı ilə irəlidə olub.

Matçın ardının oynanılacağı tarix məluma deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru