Türkiyədə qadın futbolçular arasında kütləvi dava düşüb - VİDEO

16-01-2018, 13:26           
Türkiyədə qadın futbolçular arasında kütləvi dava düşüb - VİDEO
Qadın futbolçular arasında Türkiyə çempionatının III Liqasında XIV qrupun "Yeni Burduspor" - "Antalya Demirspor" matçının son dəqiqələrində kütləvi dava olub.

"Report" "Sabah"a istinadən xəbər verir ki, meydan sahiblərinin 4:1 hesabı ilə öndə olduğu vaxt meydanda gərginlik yaranıb. Ehtiyat oyunçular skamiyasında yer alanların da müdaxiləsindən sonra qarşıdurma şiddətlənib. Məşqçilərin və polisin müdaxiləsindən sonra dava edən futbolçuları ayırmaq mümkün olub. Lakin görüş yarımçıq dayandırılıb.

Aldıqları zərbələrdən huşlarını itirən qonaq komandanın üzvləri Qaye Urqan və Zeynəb Ağgün Burdur Dövlət Xəstəxanasına aparılıblar. Urqanın sol biləyində qırıq olduğu, Ağgünün isə başından travma aldığı müəyyənləşib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru