Şimali Koreya Qış Olimpiya Oyunları üçün Cənubi Koreyaya 230 ponpon qız heyəti göndərəcək

18-01-2018, 01:16           

Cənubi Koreyanın Pxençan şəhərində 9 fevralda başlayacaq Qış Olimpiya Oyunlarında Şimali Koreyanın iştirakının detallarına dair görüşlər davam edir. 10 gün ərzində hər iki ölkə nümayəndələrinin 3-cü görüşündə nəticəyə gəlinib. Son razılaşmaya əsasən, Şimali Koreya Qış Olimpiya Oyunlarına 230 nəfərlik ponpon qız* heyəti göndərməyi və nümayəndə heyətinin quru yolla Cənubi Koreyaya daxil olmasını təmin etməyi, eyni zamanda martda keçiriləcək paralimpiya oyunlarına da heyət yollamağı təklif edib. Cənubi Koreyanın Birləşdirmə Nazirliyindən verilən açıqlamada oyunlarda Şimali Koreyanın taekvondo şou heyətinin də iştirak etməsinin müzakirə olunduğu qeyd olunub. *Ponpon qız - idman tədbirindən öncə səhnəyə gələn və tamaşaçıları əyləndirmək üçün şou göstərən gənc qız.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru