İngiltərə Liqa Kubokunun finalçıları müəyyənləşib

25-01-2018, 08:58           
İngiltərə Liqa Kubokunun finalçıları müəyyənləşib
İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Mançester Siti”dən sonra “Arsenal” da finala yüksələn tərəf olub.



London klubu derbidə doğma meydanda “Çelsi”yə qalib gəlib. Komandalar arasındakı ilk oyunda hesab açılmamışdı. Bu matçda 2:1 hesablı qələbə qazanan “topçular” həlledici oyuna çıxmağa haqq qazanıblar.



Arsen Vengerin komandasında Qranit Caka fərqlənib, digər qolu isə Rüdiger öz qapısından keçirib. “Çelsi”nin təsəlli qolu isə Eden Azara məxsusdu.



Qeyd edək ki, ilk yarımfinal matçında “Mançester Siti” “Bristol”a qalib gəlmişdi – 3:2. İngiltərə Liqa Kubokunun final matçı fevralın 25-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru