"Tata Steel Chess": Şəhriyar Məmmədyarov britaniyalı Qaveyn Consla qarşılaşacaq

27-01-2018, 09:37           
"Tata Steel Chess": Şəhriyar Məmmədyarov britaniyalı Qaveyn Consla qarşılaşacaq
Yanvarın 27-də Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən və mükafat fondu 2 milyon dollar olan "Tata Steel Chess" superturnirinin 12-ci turu keçiriləcək.

“Report” xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov bu turda britaniyalı rəqibi Qaveyn Consla qarşılaşacaq.

Şəhriyar 11-ci turda norveçli dünya çempionu Maqnus Karlsenlə heç-heçə edərək liderlər qrupunda mövqeyini qoruyub.

"Tata Steel Chess"

Veyk-an-Zee, Hollandiya, 12-ci tur

Bakı vaxtı ilə partiyaların başlanma vaxtı 16.30

Hou İfan (Çin) – Vey İ (Çin)

Aniş Giri (Hollandiya) – Başkaran Adhiban (Hindistan)

Vladimir Kramnik (Rusiya) – Fabiano Karuana (ABŞ)

Petr Svidler (Rusiya) – Sergey Karyakin (Rusiya)

Maqnus Karlsen (Norveç) – Maksim Matlakov (Rusiya)

Qaveyn Cons (Vöyük Britaniya) – Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN)

Vişvanatan Anand (Hindistan) – Uesli So (ABŞ)

Turnir cədvəli: Giri, Məmmədyarov, Karlsen – 7,5, Anand – 7, Kramnik, So, Karyakin –6,5, Svidler – 5, Matlakov, Cons, Vey İ, Karuana – 4,5, Adhiban – 3,5, Hou İfan – 2.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru