Teves: "Ronaldu yaxşı olmaq üçün çox çalışdı, Messi üçün isə bu təbiidir"

27-01-2018, 10:08           
Teves: "Ronaldu yaxşı olmaq üçün çox çalışdı, Messi üçün isə bu təbiidir"
Argentinanın "Boko Xuniors" klubunun hücumçusu Karlos Teves Lionel Messi və Kriştianu Ronaldunu müqayisə edib.

“Report” xəbər verir ki, onun sözlərini "ESPN Argentina" nəşri sitat gətirib.

"Ronaldu Messidən tamamilə fərqlənir. Leo futbola başlayanda, trenajor zalına yaxın belə durmayıb. Kriştianu isə səhər, günorta, axşam orada idi. Ronaldu yaxşı olmaq üçün çox çalışırdı, Messi üçün isə bu təbii hal idi. Bu, mənim dünyanın iki ən yaxşı futbolçusu arasında gördüyüm ən böyük fərqdir.

Leo üçün bir oyunda üç qol vurmaq normal haldır. Messi öz idman növünü sərgiləyir", — deyə Teves əlavə edib.

30 yaşlı Messi Argentina yığması tarixində ən yaxşı bombardirdir. O, 123 oyuna 61 qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru