Messinin cərimə zərbəsindən vurduğu qol "Barselona"ya qələbə qazandırıb

29-01-2018, 09:35           
Messinin cərimə zərbəsindən vurduğu qol "Barselona"ya qələbə qazandırıb
Futbol üzrə İspaniya çempionatının 21-ci turunda "Barselona" öz meydanında "Alaves"i qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıb.

“Report” xəbər verir ki, matçda ilk qolu qonaqlar vurub. 23-cü dəqiqədə Yon Qvidetti hesabı açıb.

Kataloniyalılar məğlubiyyətdən 72-ci dəqiqədə xilas ola biliblər – Suares qapını dəqiq nişan alıb. Matçda qələbə topunu isə 84-cü dəqiqədə Lionel Messi cərimə zərbəsindən vurub.

"Tottenhem"dən transfer olunan yarımmüdafiəçi Filippe Koutinyo matçda debüt edib və 66-cı dəqiqədə əvəzlənib.

Beləliklə Ernesto Valverdenin yetirmələri Primeroda ardıcıl 7-ci qələbələrini qazanıblar.

Hazırda "Barselona" 57 xalla turnir cədvəlində birinci yerdə qərarlaşıb, "Alaves" (19) isə 17-cidir.

İspaniya çempionatı, 21-ci tur

"Barselona" – "Alaves" - 2:1

Qollar: 0:1 – Qvidetti – 23, 1:1 – Suares – 72, 2:1 – Messi – 84












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru