Devid Bekhemin klubu MLS-ə qəbul edilib

30-01-2018, 08:17           
Devid Bekhemin klubu MLS-ə qəbul edilib
Əsas Futbol Liqası (Major League Soccer - MLS) İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem tərəfindən yaradılan klubun öz heyətinə qəbul olunduğunu elan edib.

“Report” xəbər verir ki, klubun bazası Mayamidə yerləşəcək.

"Bizim Mayamidə MLS klubu yaratmaq missiyamız indi başa çatdı. Biz razıyıq, minnətdarıq və həyəcanlıyıq. Biz Mayamidə azarkeşlərin öz klubları ilə fəxr etməsi üçün onlar qarşısında üzərimizə öhdəlik götürürük, stadion sizin gəlmək istədiyiniz yer olacaq", - deyə Bekhem bildirib.

Bekhemin klubu liqada 23-cü olacaq. Turnirdə ABŞ və Kanadanın komandaları çıxış edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru