Azərbaycan və Ermənistan milliləri üz-üzə: AFFA narahatdı – “problem olacaq”
30-01-2018, 09:31
AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın təşkil etdiyi yeni turnirdə – Millətlər Liqasında Azərbaycan və Ermənistan millilərinin qarşı-qarşıya gəlmək ehtimalını şərh edib. Virtualaz.org-un əməkdaşı Antalyadan xəbər verir ki, bununla əlaqədar E.Məmmədov deyib: “Bu, problemli oyun olacaq. Qrup mərhələsində UEFA iki ölkənin komandalarını bir-birindən ayırıb. Lakin yarımfinalda, yaxud finalda biz ermənilərlə oynaya bilərik. UEFA aydın şəkildə bildirib ki, hər iki komanda qruplarında birinci yeri tutsa, müvafiq qərar qəbul ediləcək. Bu oyunun böyük problem olduğunu dedikdə, ilk növbədə bunun təşkilatı tərəflərini nəzərdə tuturam. Həm bizdə, həm erməni tərəfində, həm də UEFA-da müəyyən çətinliklər yaranacaq. Çox güman ki, neytral meydançada və tamaşaçılarsız oynamalı olacağıq. Bu halda kim qələbə qazanacaq? Bu futboldur. Yalnız oyun göstərəcək ki, kim daha güclü olacaq – Azərbaycan, yaxud Ermənistan”.