KXDR Cənubi Koreya ilə birgə Asiya Oyunlarını keçirməkdə maraqlıdır

20-02-2018, 09:19           

KXDR Cənubi Koreya ilə birgə 2021 Asiya Qış Oyunlarına ev sahibliyi edə bilər.



APA-nın xəbərinə görə, bu barədə “Rönhap” agentliyinə Şimali Koreyanın Beynəlxalq Olimpiya Komitəsindəki nümayəndəsi Çan In bildirib.



Onun sözlərinə görə, KXDR ərazisində yarışları Masikrön dağ xizəyi kurortunda təşkil etmək mümkündür.



Bundan əvvəl Cənubi Koreyanın Kanvondo əyalətinin başçısı Çxve Mun Sun deyib ki, ölkəsi KXDR ilə birlikdə Oyunların keçirilməsini nəzərdən keçirir. Şimali və Cənubi Koreyalar 2018 Qış Olimpiya Oyunlarında qadınlar arasında xokkey üzrə yarışmalarda bir komanda ilə çıxış ediblər.



Qeyd edək ki, Asiya Qış Oyunları 1986-cı ildən etibarən keçirilir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru