Bonuççi: "Yuventus"da böhran "Barselona"ya məğlubiyyətdən sonra başladı"

20-02-2018, 09:40           
Bonuççi: "Yuventus"da böhran "Barselona"ya məğlubiyyətdən sonra başladı"
İtaliyanın "Milan" klubunun əvvəllər "Yuventus"da çıxış etmiş müdafiəçisi Leonardo Bonuççi turinlilərin düşərgəsində onun komandadan getməsi ilə nəticələnən dövrün başlamasından danışıb.

“Report” xəbər verir ki, futbolçunun fikirlərini "Mediaset Premium" nəşrinə istinadən "Football Italia" dərc edib.

"Yuventus"da böhran Berlində "Barselona"ya məğlubiyyətdən sonra başladı. Biz bir-birimizə kömək etməməyə başladıq", — deyə Bonuççi bildirib.

Çempionlar Liqası-2014/15-in finalında "Yuventus" "Barselona"ya 1:3 hesabı ilə məğlub olub. Bonuççi "Milan"a ötən yay, turinlilərin ÇL-in finalında daha bir məğlubiyyətindən ("Real" ilə oyunda 1:4) sonra keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru