Çempionlar Liqası: "Beşiktaş" böyük hesabla uduzub, Messi "Barselona"nı xilas edib

21-02-2018, 07:37           
Çempionlar Liqası: "Beşiktaş" böyük hesabla uduzub, Messi "Barselona"nı xilas edib
Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

"Report" xəbər verir ki, Türkiyənin "Beşiktaş" klubu Almaniyanın Münhen şəhərində "Bavariya" klubunun qonağı olub.

Artıq 16-cı dəqiqədə "qara qartallar"ın müdafiəçisi Domaqoy Vida sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Say üstünlüyündən yararlanan meydan sahibləri 43-cü dəqiqədə ilk qolu vurmağa müvəffəq olublar. Hesabı açan Tomas Müller darmadağının əsasını qoyub.

Fasilədən sonra "Bavariya" daha 4 qol vurub. 53-cü dəqiqədə Kinqsli Koman komandasının, 66-cı dəqiqədə Müller özünün ikinci qolunu vurub. 79 və 88-ci dəqiqələrdə isə səhnəyə Robert Levandovski çıxıb. Beləliklə, 5:0 hesabı ilə qalib gələn Almaniya klubu 1/4 finala vəsiqəni böyük ölçüdə
Günün digər matçı isə İngiltərənin paytaxtı Londonda baş tutub. "Çelsi" doğma azarkeşlər önündə İspaniya "Barselona"sı ilə üz-üzə gəlib. Qrup mərhələsində "Qarabağ"ın rəqibi olmuş "zadəganlar" 62-ci dəqiqədə Villianın qolu ilə hesabda önə keçiblər. Lakin 75-ci dəqiqədə Lionel Messi "Barsa"nın bərabərlik qolunu vurub.
Çempionlar Liqası 1/8 final, ilk oyunlar

20 fevral

23:45. "Bavariya" (Almaniya) - "Beşiktaş" (Türkiyə) - 5:0

Qollar: Tomas Müller, 43; 66. Kinqsli Koman, 52. Robert Levandovski, 79; 88.

Qırmızı vərəqə: Domaqoy Vida, 16 ("Beşiktaş")

Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

23:45. "Çelsi" (İngiltərə) - "Barselona" (İspaniya) - 1:1

Qollar: Vilian, 62 - Lionel Messi, 75

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Qeyd edək ki, 1/8 final mərhələsinin əvvəlki qarşılaşmalarında İtaliya "Yuventus"u evdə İngiltərə "Tottenhem"i ilə 2:2 hesablı heç-heçə edib. İspaniya "Real Madrid"i öz meydanında Fransa PSJ-sini 3:1, İngiltərənin "Mançester Siti" klubu İsveçrədə "Bazel"i 4:0, "Liverpul" isə Portuqaliyada "Sportinq"i 5:0 hesabı ilə yenib.

Bu gün İspaniya "Sevilya"sı İngiltərə "Mançester Yunayted"ini, Ukrayna "Şaxtyor"u İtaliya "Roma"sını qəbul edəcək. Cavab görüşləri 6-7 mart və 13-14 martda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru