“Fənərbağça” və “Qalatasaray” İstanbul derbisində heç-heçə edib

18-03-2018, 11:56           
“Fənərbağça” və “Qalatasaray” İstanbul derbisində heç-heçə edib
Futbol üzrə Türkiyə çempionatının 26-cı turunda “Fənərbağça” “Qalatasaray”ı qəbul edib.

“Report” xəbər verir ki, “Ülkər – Şükrü Saracoğlu” stadionunda baş tutan İstanbul derbisi 0:0 hesablı heç-heçə ilə başa çatıb.

“Qalatasaray” 26 turan sonra 54 xal toplayıb və Türkiyə Superliqasının turnir cədvəlində liderliyini davam etdirir. “Fənərbağça” 48 xalla 4-cü yerdədir.

Növbəti qarşılaşmada “Fənərbağça” səfərdə “Kayserispor”, “Qalatasaray” isə evdə “Trabzonspor”la qarşılaşacaq. Hər iki oyun aprelin 1-də keçiriləcək.

Türkiyə Superliqası. 26-cı tur

“Fənərbağça” – “Qalatasaray” – 0:0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru