Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində üçüncü qələbəsini qazanıb - YENİLƏNİB

27-03-2018, 07:54           
Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində üçüncü qələbəsini qazanıb - YENİLƏNİB
Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün XIII turun görüşləri keçirilir.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Aleksandr Qrişukla üz-üzə gəlib. Görüş 39-cu dəqiqədə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb - 1:0.

Bununla da 33 yaşlı qrossmeyster turnirdə üçüncü qələbəsini qazanıb və xallarını 7,5-ə çatdırıb. Hazırda o, rusiyalı Sergey Karyakinlə 2-3-cü yerləri bölüşür. Karyakin bu tur qara fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə heç-heçə edib - 0,5:0,5. Məmmədyarov İddiaçılar Turnirində əvvəlki 2 qələbəsini də Rusiya təmsilçiləri - Sergey Karyakin və Vladimir Kramnik üzərində qazanıb.

Turnir cədvəlinə isə yenidən ABŞ-ın digər təmsilçisi Fabiano Karuana başçılıq edir. Karuana ağ fiqurlarla ermənistanlı Levon Aronyanı yenərək, 8 xalla vahid liderə çevrilib.

Din Lijen (Çin) - Vladimir Kramnik (Rusiya) görüşündə isə heç-heçə qeydə alınıb - 0,5:0,5.

Bu nəticədən sonra Lijen 7 xalla 4-cü, Kramnik 6 xalla 6-cı pillədə qərarlaşıb. Qalan şahmatçılara gəldikdə, Qrişuk 6,5 xalla 5-ci, So 5,5 xalla 7-ci, Aronyan 4 xalla 8-cidir.

Beləliklə, martın 27-də keçiriləcək sonuncu turda qarşılaşacaqlar: Aleksandr Qrişuk - Fabiano Karuana, Levon Aronyan - Uesli So, Sergey Karyakin - Din Lijen, Vladimir Kramnik - Şəhriyar Məmmədyarov. Azərbaycan təmsilçisi turnirin qalibi olmaq üçün Kramniki mütləq yenməli, Karuana və Karyakinin məğlubiyyətlərinə ümid etməlidir. Xallar bərabər olduqda əlavə göstəricilərə - şəxsi görüşlər, qələbə sayı, Zonneborn-Berger əmsalına baxılacaq. Bunlarda da bərabərlik olarsa, martın 28-də tay-breyk keçiriləcək.

***21:11

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün XIII turun görüşləri keçirilir.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Aleksandr Qrişukla üz-üzə gəlib.

Görüş 39-cu dəqiqədə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Bununla da 33 yaşlı qrossmeyster turnirdə üçüncü qələbəsini qazanıb və xallarını 7,5-ə çatdırıb. Hazırda o, rusiyalı Sergey Karyakinlə 2-3-cü yerləri bölüşür. Karyakin bu tur qara fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə heç-heçə edib.

Turnir cədvəlinə isə yenidən ABŞ-ın digər təmsilçisi Fabiano Karuana başçılıq edir. Karuana ağ fiqurlarla ermənistanlı Levon Aronyanı yenərək, 8 xalla vahid liderə çevrilib.

Hazırda Din Lijen (Çin) - Vladimir Kramnik (Rusiya) görüşü davam edir.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində əvvəlki 2 qələbəsini də Rusiya təmsilçiləri - Sergey Karyakin və Vladimir Kramnik üzərində qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru