"Olimpiakos"un baş məşqçisi vəzifəsindən istefa verib

4-04-2018, 09:01           
"Olimpiakos"un baş məşqçisi vəzifəsindən istefa verib
İspan mütəxəssis Oskar Qarsiya "Olimpiakos"un baş məşqçisi vəzifəsini tərk edib.

"Report"un xarici mətbuata istinadən məlumatına görə, bu barədə Yunanıstan komandasının rəsmi saytı xəbər verib.

Yanvardan komandaya rəhbərlik edən 44 yaşlı mütəxəssis klubla müqavilənin pozulması barədə razılığa gəlib.

"Mən klubun növbəti mövsümə hazırlığı üçün daha çox vaxt əldə etməsi üçün komanda ilə əməkdaşlığa son qoymaq qərarına gəldim. Yunanıstanın ən yaxşı komandasında işləmək imkanı qazandırdığı üçün klubun prezidentinə təşəkkür etmək istəyirəm. "Olimpiakos"un bütün əməkdaşlarına, oyunçularına və azarkeşlərinə təşəkkür edirəm. Komandaya növbəti mövsümdə uğurlar arzu edirəm", - deyə Qarsiya bildirib.

"Olimpiakos" Yunanıstanın hazırkı çempionudur. Komanda hazırkı mövsümdə turnir cədvəlində 54 xalla üçüncü yerdədir. Çempionatın başa çatmasına 4 tur qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru