Bu gün futbol üzrə ÇL-in 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək
4-04-2018, 09:02
Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək.
"Report"un məlumatına görə, ikinci oyun günündə biri İspaniyada, digəri isə İngiltərədə olmaqla, iki matç baş tutacaq.
İspaniyada "Barselona" doğma azarkeşlər önündə İtaliyanın "Roma" klubunu sınağa çəkəcək. Kataloniya təmsilsiçi 1/8 finalda İngiltərənin "Çelsi" klubunu mübarizədən kənarlaşdırıb, "Roma" isə Ukraynanın "Şaxtyor" klubundan üstün olub.
"Barselona"nın heyətində Luka Din zədə səbəbindən matçda iştirak etməyəcək. Serxio Buskestin isə bu oyunda iştirakı sual altındadır. "Roma”nın heyətində türkiyəli futbolçu Cengiz Ünder zədə səbəbindən oyunu buraxacaq. Raca Naynqolan və Lorenzo Pelleqrinin qarşılaşmada iştirakı bəlli deyil.
Günün digər görüşü İngiltərədə baş tutacaq. "Liverpul” evdə "Mançester Siti” ilə üz-üzə gələcək. "Liverpul” 1/8 finalda Portuqaliyanın "Portu”, "Mançester Siti” isə İsveçrənin "Bazel” məyus edib.
Meydan sahiblərinin heyətində Co Qomes, Raqnar Klavan, Joel Matip və Adam Lallana bu matçda komandalarına kömək edə bilməyəcək. Emre Canın isə görüşdə iştirakı sual altındadır. "Mançester Siti”nin aparıcı futbolçusu Serxio Aquero və Benjamin Mendi zədə səbəbindən oyunu buraxacaq. Con Stonsun isə matçda iştirakı oyun vaxtı müəyyənləşəcək.
Qeyd edək ki, Çempionlar Liqasının cavab matçları 10-11 aprel tarixlərində keçiriləcək.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
4 aprel
22:45. "Barselona” (İspaniya) – "Roma” (İtaliya)
Baş hakim: Danni Makkelie
22:45. "Liverpul” (İngiltərə) - "Mançester Siti” (İngiltərə)
Baş hakim: Feliks Brix (Almaniya)