Peşəkar idmançı ailəsinin gözü qarşısında güllələndi - Foto

4-04-2018, 09:15           

MMA döyüş növü üzrə peşəkar idmançı olan 29 yaşlı braziliyalı Adriano Mamute ailəsinin gözü qarşısında qətlə yetirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, sinəsindən bıçaq yarası alan idmançının sifətinə odlu silahla atəş açılıb.

Hadisə Mamutenin Ouetirodakı evində axşam saat 23:30 radələrində baş verib. Həyat yoldaşı və 9 yaşlı uşağının gözü qarşısında hücuma məruz qalan döyüşçünün mobil telefonu silahlı şəxslər tərəfindən oğurlanıb. Üzündən silahla yaralanan Mamutenin sağ olduğunu görən silahlı şəxslər geri qayıdıb, idmançıya çoxsaylı bıçaq zərbəsi endiriblər.

Aldığı yaralardan döyüşçü həyatını itirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.