Futbolçular arasında qanlı dava - Rəqibinin qulağını qopardı

5-04-2018, 00:50           
Futbolçular arasında qanlı dava - Rəqibinin qulağını qopardı
Boks döyüşlərində qulaq qoparılması hadisələri baş versə də, futbol qarşılaşmalarında ilk dəfədir belə hadisə qeydə alınıb.

Olay Çinin Həvəskarlar Liqasında “Malu” - “Aoqui” matçında baş verib.

Epizodların birində əsəblərinə hakim ola bilməyən futbolçular dava etməyə başlayıb. Dava zamanı “Malu” futbolçularından biri rəqibinin qulağını dişləyərək qoparıb.

Polisin sərt müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Hadisə yerinə dərhal təcili yardım briqadası cəlb edilib və yaralı futbolçu qulağının tikilməsi üçün xəstəxanaya yerləşdirilib.(Qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru