Di Françesko: "Hakimlər ehtiyacı olmadığı halda, "Barselona"ya köməklik etdilər"

5-04-2018, 08:47           
Di Françesko: "Hakimlər ehtiyacı olmadığı halda, "Barselona"ya köməklik etdilər"
İtaliyanın "Roma" klubunun baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının ¼ finalının "Barselona" ilə keçirilən ilk matçı barədə (1:4) fikirlərini bölşüb.

“Report” xəbər verir ki, baş məşqçi "Football Italia"ya bunları deyib:

"Bu hakimlər rəqibimizə köməklik göstərdilər, halbuki, "Barselona"nın buna ehtiyacı yoxdur.

Özünə qiymət vermə baxımından pis oynamadıq, komandada hər hansı bir problem yoxdur. Lakin buraxdığımız bəzi səhvlər bizə çox baha başa gəldi.

Bu gün oyunda nəyi dəyişmək istərdim? Çox güman ki, hakimi dəyişmək istərdim".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru