UEFA reytinqi açıqlanıb

6-04-2018, 08:40           

Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən 4 qarşılaşmadan sonra UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, yalnız siyahının ilk 4 pılləsində qərarlaşan ölkələr xal hesablarını artıra biliblər.

İspaniya, İngiltərə, İtaliya və Almaniya təmsilçilərinin hərəyə 1 qələbə qazanması onların mövqelərini möhkəmlədib. Rusiya, Fransa, Avstriya və Portuqaliya isə lider fərqinin nə olduğuna şahid olub. Nəticədə cədvəldə heç bir dəyişiklik olmayıb.

Azərbaycan cari mövsüm 4,375 xal qazanıb. Son 5 ilin nəticələrinə görə 19,125 xala malik ölkəmiz 23-cü yerdədi.
Qeyd edək ki, avrokuboklara başlayan 55 ölkədən yalnız 8-i 1/4 finalda təmsil olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru