"Sportinq"in prezidenti 19 futbolçunu komandadan uzaqlaşdırıb

7-04-2018, 08:42           
"Sportinq"in prezidenti 19 futbolçunu komandadan uzaqlaşdırıb
Lissabonun "Sportinq" klubunun prezidenti Bruno de Karvalyu Portuqal komandasının oyunçularından narazı qalıb və onları komandadan uzaqlaşdırıb.

"Report"un məlumatına görə, bu barədə "Sovetskiy sport" məlumat yayıb.

"Marca"nın məlumatına görə, söhbət 19 oyunçudan gedir. Onlar Avropa Liqasının birinci matçının finalında, Madridin "Atletiko" komandasına məğlubiyyətdən sonra öz ünvanlarına deyilən tənqilərlə razılaşmadıqlarını bildirmişdilər. De Karvalyu görüşün nəticələrinə əsasən futbolçuları kəskin tənqid etmişdi.

"Sportinq"in rəhbəri bildirib ki, narazılığını ifadə edən hər bir oyunçu komandadan uzaqlaşdırılacaq. Bundan əlavə, futbolçulara qarşı sanksiyalar da tətbiq ediləcək.

Qeyd edək ki, "Atletiko"-"Sportinq" matçı portuqal komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Cavab oyunu "Joze Alvalade" stadionunda, aprelin 8-də baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru