Millimizin Malta sınağı, Türkiyə üçün məhşər gecəsi - Video

6-09-2015, 11:45           
Millimizin Malta sınağı, Türkiyə üçün məhşər gecəsi - Video
Bu gün “Avro-2016”nın seçmə mərhələsində 8-ci turun oyunlarına start veriləcək. Axar.az-ın məlumatına görə, Azərbaycan yığması da növbəti matçına çıxacaq. Robert Prosineçkinin komandası səfərdə qrupumuzun autsayderi Maltanın qonağı olacaq. Bakıdakı görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn komandamız eyni uğuru səfərdə də təkrarlamağa çalışacaq. Son oyunda Bakıda Xorvatiya ilə 0:0 bərabərə qalan millimiz bu görüşün favoriti hesab olunur. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. A qrupunun lideri İslandiya öz meydanında autsayder Qazaxıstanı qəbu edəcək. İslandiya bu görüşdə qələbə qazanmaqla Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edəcək. Qrup ikincisi Çexiya səfərdə Latviyanın qonağı olacaq. Qrupun maraq doğuran görüşü Türkiyədə keçiriləcək. Türkiyə Hollandiyanı sınağa çəkəcək. Fatih Terimin komandasını yalnız qələbə qane edəcək. Əks təqdirdə Türkiyə yığması işini daha da çətinə salacaq. B qrupunun lideri olan Uels İsraillə münasibətlərinə aydınlıq gətirəcək. Britaniya təmsilçisi qalib gələrsə, final mərhələsinə vəsiqəni təmin edəcək. Qrup ikincisi Belçika isə səfərdə Kiprin qonağı olacaq. Belçika bu oyundan qalib ayrılmaqla ən azı ikinci pillədəki mövqeyini qorumağa çalışacaq. Qrupun digər matçında Bosniya və Hersoqavina yığması autsayder Andorranı qəbul edəcək.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.