“Real” rəqibini darmadağın etdi – 6:0

13-05-2018, 10:46           

Madridin “Real” klubu futbol üzrə İspaniya çempionatının 37-ci turunda “Selta Viqo”nu böyük hesabla məğlub edib.

Teleqraf.com xəbər verir ki, şənbə günü Madriddə keçirilən qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları rəqib qapısından Qaret Beyl (13-cü və 30-cu dəqiqələr), İsko (32-ci dəqiqə), Əşrəf Hakimi (52-ci dəqiqə), Serxi Qomes (74-cü dəqiqə, penalti) və Toni Kross (81-ci dəqiqə) keçiriblər.

Beləliklə, çempionatın sonuna bir tur qalmış 75 xal toplayan “Real” turnir cədvəlində üçüncü yeri təmin edib. “Barselona” 90 xalla birinci (36 oyun), Madridin “Atletiko” komandası isə 78 xalla ikinci yerdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru