4 oyuna cəmi 4910 azarkeş gəldi - Biabırçı statistika

13-05-2018, 21:09           
4 oyuna cəmi 4910 azarkeş gəldi - Biabırçı statistika
Azərbaycan Premyer Liqasının 27-ci turu üçün azarkeş sayı bəlli olub.

BakuPost xəbər verir ki, turda ən yüksək göstərici "İnter Arena”da qeydə alınıb. Cəmi 2000 tamaşaçı "Keşlə”nin çempion "Qarabağ”ı darmadağın (3:0) etdiyi matçın canlı şahidi olub.

Ən aşağı göstərici isə Mərdəkanda, "Dalğa Arena”da qeydə alınıb. Burda keçirilmiş "Neftçi” - "Səbail” qarşılaşmasını (3:1) cəmi 500 azarkeş izləyib.

Digər oyunlardan Sumqayıtda keçirilmiş "Sumqayıt” - "Qəbələ” matçında (0:2) 1300, Zirə İdman Kompleksinin stadionunda baş tutmuş "Zirə” - "Kəpəz” oyununda (2:1) isə 1110 azarkeş qeydə alınıb.

Ümumilikdə, turun 4 oyununu 4910 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 1227 nəfər deməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru