"Yuventus" tarixində 34-cü dəfə futbol üzrə İtaliya çempionu olub

14-05-2018, 08:40           
"Yuventus" tarixində 34-cü dəfə futbol üzrə İtaliya çempionu olub
"Yuventus" klubu tarixində 34-cü dəfə futbol üzrə İtaliya çempionu adını qazanıb.

"Report"un məlumatına görə, Turin komandası buna A Seriyasının sonuna bir tur qalmış nail olub.

XXVII turda səfərdə "Roma" ilə qolsuz heç-heçə edən "Qoca Sinyora" xallarını 92-yə çatdırıb. Meydan sahibləri 68-ci dəqiqədə Raca Nainqqolanın qırmızı vərəqə alması səbəbindən görüşü azlıqda başa vurublar.

"Yuventus"un ən yaxın izləyicisi "Napoli" səfərdə "Sampdoriya"nı 72-ci dəqiqədə Arkadiuş Milik və 81-ci dəqiqədə Raul Albiolun qolları sayəsində 2:0 hesabı ilə yenib. Bu qələbədən sonra Neapol komandası xallarını 88-ə çatdırsa da, liderdən 4 xal geri düşüb. Nəticədə "ağ-qaralar" son turun nəticəsindən asılı olmayaraq, ardıcıl 7-ci dəfə A Seriyasının qalibi adını qazanıblar. Xallarını 74-ə çatdıran "Roma" isə bürünc medal qazanma şanslarını son tura saxlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru