Futbol üzrə Türkiyə Superliqasının 33-cü turunun sonuncu oyununda “Fənərbağça” səfərdə “Karabükspor” ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "sarı-lacivərdlilər" böyükhesablı qələbə qazanıb. Matç İstanbul təmsilçisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra “Fənərbağça” xallarının sayını 69-a çatdıraraq ikinci pillədəki yerini qoruyub. Çempionatın lideri “Qalatasaray” ilə “Fənərbağça”nın arasında üç xallıq fərq var. “Fənərbağça” ilə eyni xala malik “Başakşəhər” üçüncü, hesabında 68 xal olan “Beşiktaş” dördüncüdür.
Türkiyə Superliqasının sonuncu - 34-cü turu gələn həftə oynanılacaq və çempion müəyyənləşəcək. Çempionluğun bir addımlığında olan “Qalatasaray”la yanaşı, “Fənərbağça” və “Başakşehir”in də Superliqada ilk sırada olmaq şansları davam edir. [media=https://www.youtube.com/watch?v=50UScFzpVro]