Əfran İsmayılov "Qarabağ"dan niyə getdi?

17-05-2018, 08:55           

Əfran İsmayılov “Qarabağ”dan getməsinin səbəbini açıqlayıb.

Oxu.az-ın yaydığı xəbərə görə, 30 yaşlı yarımmüdafiəçi Ağdam klubu ilə yollarını ayırmasını bu cür izah edib:

“Son vaxtlar az oynayırdım. Müqaviləm də bu ay başa çatır. Gələcək karyeramı bilmək və mənimlə yeni müqavilə bağlanılıb-bağlanılmayacağını aydınlaşdırmaq üçün baş məşqçimiz Qurban Qurbanovla söhbət etdim. Mənə dedi ki, sənə qarşı inam azalıb. Bunu anlayışla qəbul etdim və kluba sonrakı fəaliyyətində uğurlar arzu etdim”.

Əfran İsmayılov onu da bildirib ki, mümkün qədər karyerasını ölkə xaricində davam etdirməyə çalışacaq: “Klubdakı karyeramı indi müəyyənləşdirməyim yerinə düşdü. Çünki artıq özümə klub tapmaq üçün kifayət qədər vaxtım olacaq. Çalışacağam ki, ilk növbədə ölkə xaricindən gələn təklifləri dəyərləndirim”.

Qeyd edək ki, Əfran “Qarabağ”dan ayrılması dəqiqləşmiş üçüncü futbolçudur. Klub rəsmi şəkildə braziliyalı Pedro Enrike ilə vidalaşdığını bəyan edib.

Komandanın baş məşqçisi Qurban Qurbanov isə digər braziliyalı Riçard Almeydanın ölkə xaricində çıxış edəcəyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.