Platini DÇ-də fırıldağa əl atdıqlarını etiraf etdi - ŞOK ETİRAF

19-05-2018, 09:50           
Platini DÇ-də fırıldağa əl atdıqlarını etiraf etdi - ŞOK ETİRAF
Fransa futbolunun əfsanəsi, UEFA-nın keçmiş prezidenti Mişel Platini şok açıqlama ilə gündəmə gəlib.

Yenicag.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında DÇ-1998-in püşkatması zamanı fırıldağa əl atdıqlarını etiraf edib.

Platini meydan sahibi Fransa yığmasının turnirin əsas favoritlərindən olan Braziliya millisi ilə finala kimi qarşılaşmaması üçün saxtakarlığa əl atdıqlarını deyib. Sabiq futbolçu bunun üçün “sambaçılar”ın A qrupuna, meydan sahiblərinin isə C qrupuna salındığını bildirib. Bu vəziyyətdə hər iki komanda öz qruplarını birinci pillədə başa vuracağı təqdirdə, yalnız finalda qarşılaşa bilərdilər ki, belə də olub.

Həlledici matçda Braziliya millisini Zinəddin Zidanın dublu və Emanuel Petinin qoluyla 3:0 hesabıyla məğlub edən Fransa yığması tarixi ərzində ilk və hələ ki, sonuncu dünya çempionluğunu qazanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.