Avstriya - Almaniya oyunu güclü yağış səbəbindən gec başlayıb
3-06-2018, 06:45
Futbol üzrə Avstriya və Almaniya yığmaları arasında keçirilməli olan görüş təxirə salınıb. Komandalar yağan güclü yağış səbəbindən Bakı vaxtı ilə 20:00-da Klaqenfurt şəhərində keçirilməli olan oyuna başlaya bilməyiblər.
“Report” xəbər verir ki, bu barədə Almaniya yığmasının mətbuat xidməti məlumat yayıb.
Matçın başlama vaxtı əvvəlcə 20:45-ə, ardınca isə 20:40-a keçirilib.
Almaniya yığması Dünya çempionatı-2018-ə hazırlıqlarını davam etdirir. Komanda "F" qrupunda Meksikaa, İsveç və Cənubi Koreya ilə mübarizə aparacaq.