Massimiliano Alleqri "Real"a rəhbərlikdən imtina edib

5-06-2018, 08:48           
Massimiliano Alleqri "Real"a rəhbərlikdən imtina edib
İtaliyanın "Yuventus" klubunun baş məşqçisi Massimiliano Alleqri "Real"ın komandaya rəhbərliklə bağlı təklifində maraqlı deyil.

"Report" "Cadena SER"ə istinadən xəbər verir ki, 50 yaşlı italiyalı mütəxəssis Turin klubu ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Mənbənin məlumatına görə, indi "Tottenhem"in (İngiltərə) baş məşqçisi Maurisio Poçettino yenidən "Real"ın əsas hədəfinə çevrilib. Madrid klubu argentinalı mütəxəssisin diqqətini cəlb etmək niyyətindədir. Lakin Poçettinonun özü ötən mövsüm Premyer Liqada üçüncü yeri tutan London klubunda işini davam etdirmək fikrindədir.

"Kral klubu"nun fransalı baş məşqçisi Zinəddin Zidan mayın 31-də klubun baş məşqçisi postundan istefa verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.