Sebastyan Fettel "Formula 1" üzrə Kanada Qran Prisinin qalibi olub

11-06-2018, 08:09           
Sebastyan Fettel "Formula 1" üzrə Kanada Qran Prisinin qalibi olub
"Formula 1" üzrə Kanada Qran Prisinə yekun vurulub.

"Report"un məlumatına görə, qalib adını "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel qazanıb. O, finişə 1 saat 28 dəqiqə 31,377 saniyəyə çatıb. İkinci yeri ondan 7,376 saniyə geri qalan "Mercedes"in finlandiyalı pilotu Valtteri Bottas tutub. Üçüncü pillə isə "Red Bull"un hollandiyalı pilotu Maks Ferstappenə qismət olub. Ferstappen 1 saat 28 dəqiqə 39,737 saniyə nəticə göstərib. Ümumilikdə 20 iştirakçıdan 17-si finişə çata bilib.

7 mərhələdən sonra Fettel 121 xalla 1-ci, "Mercedes"in böyük britaniyalı pilotu Lüis Hemilton 120 xalla ikinci, Bottas isə 86 xalla 3-cüdür.

Avtomobillərin mübarizəsində ilk 3 yerdə "Mercedes" (206 xal), "Ferrari" (189 xal) və "Red Bull" (134 xal) qərarlaşıb.

Qeyd edək ki, növbəti Qran Pri 22 - 24 iyunda Fransada keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.