Brazilya - Meksika qarşılaşması: Neymar və Firminyo qol atdı - "Sambaçıların rəqibi hansı ölkə olacaq?

2-07-2018, 21:13           

Bu gün Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının 1/8 final mərhələsinin növbəti qarşılaşması Brazilya ilə Meksika arasında baş tutub.

Mia.az xəbər verir ki, saat 18:00-da "Samara Arena”da başlayan oyunda Braziliyalı ulduz Neymar 51-ci dəqiqədə hesabı açıb - 1-0.

88-ci dəqiqədə Firmino hesabı 2-0-a çatdırıb.

Hakim oyuna 5 dəqiqə əlavə vaxt təyin edib. Lakin bu vaxtda da hesab dəyişməyib - 2-0.

Beləliklə, 5 qat dünya çempionu olan "Sambaçı"lar 1/4 finala vəsiqəni təmin ediblər.

Qeyd edək ki, bu gün saat 22.00-da Belçika ilə Yaponiya yığmaları qarşılaşacaq və bu oyunun qalibi Brazilya ilə 1/4-də oynayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru