"Neftçi" Bosniya klubunu darmadağın etdi

2-07-2018, 22:23           

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" komandası bu gün üçüncü yoxlama matçına çıxıb.

Komanda Bosniya və Herseqovinanın "Çelik” komandası ilə üz-üzə gəlib. Qarşılaşma "Neftçi"nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Çelik" iyunun 30-da "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib. "Neftçi" isə Makedoniyanın "Şkupi” və Rumıniyanın "Dunarya Kalaraşi” komandalarına eyni hesabla qalib gəlib.

Yoxlama oyunu

2 iyul

18:00. "Neftçi" - "Çelik" 4:1

Qollar: Emin Mahmudov, 14. Rəhman Hacıyev, 18. 34 (penalti). Namiq Ələsgərov, 60.

"Neftçi" son yoxlama oyununu iyulun 5-də Rumıniya "Politexnika"sına qarşı keçirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru