Formula 1-in yeni mövsümünün tarixi açıqlandı

2-07-2018, 22:25           

2019-cu ildə Formula 1-in ilk mərhələsi olacaq Avstraliya Qran-Prisinin təşkilatçıları Melburnda keçiriləcək yarışların ilkin tarixini açıqlayıblar. Dünya Avtomobil İdmanı Şurası onların bu qərarını təsdiqləyərsə, yürüşlər martın 14-dən 17-dək keçiriləcək.

Publika.az xəbər verir ki, göstərilən tarix Formula 1 yarışlarında mövsümün ən tez başlanğıc günü olacaq. Avstraliya Qran-Prisinin başlanma tarixi dünya çempionatının Birləşmiş Ştatların Sebrinq şəhərində keçiriləcək WEC marafon yarışları ilə eyni vaxta düşür. WEC-2018/19 “supermövsüm”ünə “Toyota” komandasında gedən ispaniyalı Fernando Alonso Formula 1-də karyerasını davam etdirərsə, bu iki yarış arasında seçim etməli olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru