DÇ-2018: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq

3-07-2018, 10:19           
DÇ-2018: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq
Bu gün futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, əvvəlcə İsveç və İsveçrə komandaları qarşılaşacaq.

İsveç F qrupunda Meksika, Almaniya və Cənubi Koreya ilə mübarizə aparıb. Komanda qrup mərhələsinin ilk matçında Cənubi Koreyanı 1:0 məğlub etsə də, II turda Almaniyaya 1:2 hesabı ilə uduzub. Avropa təmsilçisi son turda Meksikanı 3:0 hesabı ilə üstələyib.

İsveçrə isə Braziliya, Kosta-Rika və Serbiya ilə birgə E qrupunda mübarizə aparıb. İlk turda Braziliya ilə 1:1 hesabı ilə heç-heçə edən komanda, ikinci turda Serbiyanı 2:1 hesabı ilə məğlub edib. Avropalılar son turda isə Kosta-Rika ilə heç-heçə edib - 2:2.

İsveç və İsveçrə yığmaları ilk dəfə 1920-ci ildə üz-üzə gəliblər. Bu vaxta qədər 28 dəfə üz-üzə gələn avropalılar dünya çempionatları tarixində ilk dəfə qarşılaşacaqlar.

Günün digər oyununda isə Kolumbiya və İngiltərə yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.

G qrupunda Belçika, Tunis və Panama ilə mübarizə aparan ingilislər üç oyunun ikisində qələbə qazanıb və bir qarşılaşmada uduzub. Komanda ilk turda Tunisi 2:1, II turda isə Panamanı 6:1 hesabı ilə məğlub edib. 1 qat dünya çempionlarıı son turda Belçikaya 0:1 hesabı ilə uduzublar.

Kolumbiya isə Yaponiya, Seneqal və Polşa ilə birlikdə H qrupunda çıxış edib. Cənubi amerikalılar ilk turda Yaponiyaya 1:2 hesabı ilə uduzsalar da, II turda Polşanı 3:0, III turda isə Seneqalı 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıblar.

İngiltərə və Kolumbiya yığmaları dünya çempionatları tarixində ikinci dəfə qarşılaşacaqlar. Komandalar ilk dəfə 1998-ci il mundialında üz-üzə gəliblər. Sözügedən qarşılaşma ingilislərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

DÇ-2018

1/8 final

3 iyul

18:00. İsveç - İsveçrə

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Navaf Şukralla (Bəhreyn).

Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

22:00. Kolumbiya - İngiltərə

Hakimlər: Mark Qeyqer (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Mettuu Konqer (Yeni Zelandiya).

Moskva, "Spartak" stadionu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru