Erik Abidal orqan mafiyası ilə əlaqədə ittiham edilir

6-07-2018, 00:17           

İspaniyanın Barselona klubunun sabiq futbolçusu Erik Abidal orqan mayifası ilə əlaqədə ittiham edilir.

Qaynarinfo xəbər verir ki, 2012-ci ildə Abidalın qaraciyərində şiş aşkarlanmış, ona orqan transplantasiyası həyata keçirilmişdi. İspan polisi hazırda həbsdə olan sabiq Barselona direktoru Sandro Rosellin Erik Abidal üçün qeyri-qanuni yollarla qaraciyər axtardığına dair sübuta sahib olduğunu açıqlayıb. Futbolçu o dövrdə qaraciyərin yaxın qohumu tərəfindən verildiyini açıqlamışdı.

Abidal bu iddiaları “Twitter” hesabı vasitəsilə rədd edib:
“Qohumum Cerard mənə qaraciyərini verdi və həyatımı xilas etdi. Bunu sübut edən bütün sənədlər mövcuddur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru