Ronaldunun "Real"dan "Yuventus"a keçidinin əsas şərti açıqlanıb

6-07-2018, 08:20           
Ronaldunun "Real"dan "Yuventus"a keçidinin əsas şərti açıqlanıb
İspaniyanın "Real" klubu hücumçu Kriştianu Ronaldunu "Yuventus"a futbolçunun komandanı tərk etmək barədə qərarını açıq şəkildə elan edəcəyi təqdirdə sata bilər.

“Report” xəbər verir ki, bu barədə İspaniyanın "Marca" və "Cadena Cope" nəşrlərinə istinadən "Football Italia" yazıb.

Bildirilir ki, portuqaliyalı futbolçunun 100 mln. avro müqabilində "Real"dan gedişi barədə hələ yanvar ayında əldə olunan razılaşma şifahidir, ona görə oyunçunun "Yuventus"a transferi barədə son sözü Madrid klubunun prezidenti Florentino Peres deyəcək.

"Real" rəhbərliyi oyunçunun komandadan gedişi ilə bağlı öz ünvanına yönələ biləcək ittihamlardan sığortalanmaq istəyir. Bu o deməkdir ki, Ronaldu mətbuat konfransı keçirməli və karyerasında "Yuventus"da yarana biləcək yeni fürsətlər xatirinə "Real"ı tərk etmək istədiyini elan etməli olacaq.

"Yuventus"un Ronaldunun "Real"dan transferini iyulun 7-də elan edəcəyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru