DÇ-2018-də ilk yarımfinalçı müəyyənləşdi

7-07-2018, 00:00           

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilib.

“Report”un məlumatına görə, Fransa Uruqvay millisi ilə üz-üzə gəlib. “Nijni Novqorod” stadionunda baş tutan qarşılaşma fransızların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qolu 40-cı dəqiqədə Rafael Varan vurub. Antuan Qrizman 61-ci dəqiqədə fərqlənməklə oyunda son nöqtəni qoyub.

Qeyd edək ki, Fransa yığması yarımfinalda Braziliya-Belçika cütünün qalibi ilə qarşılaşacaq.

DÇ-2018

1/4 final

6 iyul

18:00. Uruqvay – Fransa – 0:2

Qollar: Rafael Varan, 40. Antuan Qrizmann, 61

Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Alireza Faqani (İran).

Nijni Novqorod. “Nijni Novqorod” stadionu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru