Makron Fransa yığmasının DÇ-2018-də yarımfinal oyununa gələcək

7-07-2018, 09:29           

Fransa prezidenti Emmanuel Makron iyulun 10-da ölkəsinin yığmasının DÇ-2018-də yarımfinal oyununa baxmaq üçün Rusiyaya gələcək.

Trend-in məlumatına görə, bu barədə Yelisey Sarayı məlumat verib.

Məlumatda deyilir: "Prezident Makron çərşənbə axşamı Rusiyada Fransa yığmasının oyununda iştirak edəcək".

Qeyd edək ki, Emmanuel Makron mayın 25-i Sankt-Peterburq şəhərinə səfəri zamanı bildirimişdi ki, Fransa yığması yarımfinal mərhələsinə yüksəldiyi halda bir daha Rusiyaya gələcək və yığmanın oyununda iştirak edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru