Xorvatiya Rusiyanı kənarlaşdırdı - Yeniləndi

8-07-2018, 01:54           
Xorvatiya Rusiyanı kənarlaşdırdı - Yeniləndi
Bu gün DÇ-2018-in 1/4 finalına yekun vurulur.

Axar.az xəbər verir ki, keçiriləcək iki oyunla yarımfinalın növbəti cütlüyü müəyyənləşəcək. Əvvəlcə İsveç və İngilətərə münasibətlərinə aydınlıq gətirəcək.

Günün digər oyununda isə Xorvatiya meydan sahibləri Rusiya yığması ilə üz-üzə gələcək.

***

Harri Makvayn matçın 30-cu dəqiqəsində İngiltərə millisini hesabda irəli çıxardı: 1-0.

***

Dele Alli görüşün 58-ci dəqiqəsində 2-ci topu İsveçin qapısından keçirdi: 2-0.

***

İngiltərə İsveçə 2-0 qalib gələrək yarımfinala yüksəldi.

***

Rusiya Xorvatiyaya qarşı mübarizəyə başladı.

***

Çerişev matçın 31-ci dəqiqəsində Rusiyanı hesabda irəli çıxardı: 1-0.

***

Kramariç matçın 39-cu dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1.

***

Xorvatiya-Rusiya görüşündə 90 dəqiqə ərzində tarazlıq pozulmadı. Əlavə 30 dəqiqə oynanılacaq.

***

Vida matçın 100-cü dəqiqəsində Xorvatiyanı hesabda irəli çıxardı: 2-1.

***

Mario Fernandes matçın 114-cü dəqiqəsində hesabı bərabərləşdirdi: 2-2.

***

Rusiya və Xorvatiya arasında oynanılan matç 120 dəqiqə ərzində bərabərliklə nəticələndi. Qalibi müəyyən etmək üçün penalti zərbələrinə müraciət edilir.

***

Xorvatiya penalti zərbələrində Rusiyaya 4-3 qalib gələrək yarımfinala yüksəldi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.