Şahzadə və baş nazir bu qələbədən danışır: 28 il sonra...

8-07-2018, 10:42           
Şahzadə və baş nazir bu qələbədən danışır: 28 il sonra...
Böyük Britaniyanın Baş naziri Tereza Mey və İngiltərə taxt-tacının varisi, Futbol Assosiasiyasının prezidenti şahzadə Uilyam Tvitter hesabında yığmanı 28 ildən sonra 1/4 finalda qazandığı qələbəyə görə təbrik edib.

Axar.az xəbər verir ki, futbol üzrə dünya çempionatının Samarada keçirilən yarımfinalında İngiltərə yığmasının qələbəsini qeyd edən Mey yığmanın baş məşqçisinə və komandaya təşəkkür edərək qələbənin ölkəsi üçün əhəmiyyətindən bəhs edib.

Şahzadə Uilyam isə “Siz İngiltərə üçün tarix yazmaq istədiniz və bunu bacardınız. İnanılmaz çempionatdır. Hər dəqiqəsindən zövq alırıq. Futbol öz evinə qayıdır”, - sözlərini yazıb.

Qeyd edək ki, ötən gün Samarada keçirilən matçda İngiltərə yığması İsveç komandasını 2:0 hesabı ilə məğlub edərək, 1990-cı ildən bəri ilk dəfə olaraq yarımfinala çıxmağı bacarıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.