Kampaz məsələsində ŞOK SONLUQ - Pulunu götürüb Neftçidən GETDİ!

8-07-2018, 19:37           

"Neftçi" nəhayət ki, Mayk Kampaz məsələsində istədiyinə nail olub.

Sportlife.az-ın əldə etdiyi özəl məlumata görə, paytaxt təmsilçisi kolumbiyalı futbolçuyla müqaviləni qarşılıqlı razılıq əsasında pozub. Maraqlıdır ki, indiyədək iki ayağını bir başmağa dirəyən cənubi amerikalı bu dəfə özü müqavilənin pozulmasına təşəbbüs göstərib. "Neftçi" rəhbərliyi futbolçunun bu müraciətini qəbul edib və Kampaz 3 aylıq maaşını götürərək vətəninə yollanıb.

Qeyd edək ki, Kampazın "Neftçi"ylə bu ilin dekabr ayınadək müqaviləsi var idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru