FİFA Rusiya üzərində qələbədən sonra "Ukraynaya eşq olsun!" deyən xorvat futbolçuya xəbərdarlıq edib

8-07-2018, 23:13           
FİFA Rusiya üzərində qələbədən sonra "Ukraynaya eşq olsun!" deyən xorvat futbolçuya xəbərdarlıq edib
FİFA Xorvatiya milli komandasının və Türkiyə "Beşiktaş"ının futbolçusu Domaqoy Vidaya xəbərdarlıq edib.

"Report"un məlumatına görə, bu, Rusiyanı penalti seriyasında üstələdikləri dünya çempionatının 1/4 final matçından sonra 29 yaşlı müdafiəçinin "Ukraynaya eşq olsun!" şüarını səsləndirməsi ilə əlaqədardır.

Vida və Kiyev "Dinamo"sundakı keçmiş komanda yoldaşı Oqnyon Vukoyeviç bu ifadəni yaydıqları video-müraciətdə dilə gətiriblər. Vukoyeviç artıq futbolçu karyerasını bitirib. Bu səbəbdən, ali futbol qurumu yalnız Vidaya xəbərdarlıq edərək, onun sözlərini qeyri-idman davranışı kimi dəyərləndirib.

Soçidəki "Fişt" stadionunda keçirilmiş matçın həm əsas, həm də əlavə vaxtında eyni hesab qeydə alınıb - 1:1. Penalti seriyasında isə Xorvatiya Rusiyaya 4:3 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.