"Qəbələ" Avropa Liqası üçün sifariş ərizəsini açıqlayıb - SİYAHI

8-07-2018, 23:14           
"Qəbələ" Avropa Liqası üçün sifariş ərizəsini açıqlayıb - SİYAHI
"Qəbələ" komandasının Lüksemburq "Proqres”i ilə keçirəcəyi futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsi üçün heyəti müəyyənləşib.

"Report"un məlumatına görə, "qırmızı-qaralar” UEFA-ya təqdim etdikləri ilkin sifariş ərizəsində A vərəqinə 18 futbolçu daxil ediblər.

Bunlardan 2-si qapıçı, 6-sı müdafiəçi, 7-si yarımmüdafiəçi, 3-ü hücumçudur.

Qapıçılar: 22. Dmitri Bezotosnı 30. Aqil Məmmədov

Müdafiəçilər: 34. Ürfan Abbasov 18. İlqar Qurbanov 33. Təmkin Xəlilzadə 27. Bəhlul Mustafazadə 5. Rasim Ramaldanov 3. Voyislav Stankoviç

Yarımmüdafiəçilər: 8. Qismət Alıyev 21. Lalavele Atakora 14. Cavid Hüseynov 7. Roman Hüseynov 4. Elvin Camalov 88. Sabien Lilay 11. Asif Məmmədov

Hücumçular: 28. Stiven Josef-Monroz 10. Rauf Əliyev 17. Ceyms Adeniyi

"Proqres”lə ilk oyun iyulun 12-də Qəbələ şəhər stadionunda, cavab matçı iyulun 19-da Düdelanjda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru