Azərbaycan karateçiləri Xorvatiyada 6 medal qazanıblar

9-07-2018, 09:17           
Azərbaycan karateçiləri Xorvatiyada 6 medal qazanıblar
Azərbaycan karateçiləri Xorvatiyanın Umaq şəhərində Karate1 Gənclər liqasının ikinci mərhələsində 3 medala sahib olub.

“Report” xəbər verir ki, 14 yaşadək idmançılar arasında Fərid Savadov (-40 kq) bürünc medal, 14-15 yaşlı yeniyetmələrdə Fərid Ağayev (-70 kq) gümüş mükafat, Fidan Dadaşova isə (-47 kq) bürünc medal qazanıb.

Mədinə Sadıqova (-53 kq) və Bəxtiyar Rzayev (-68 kq) təsəlliverici görüşlərə qatılsalar da, nəticə uğursuz alınıb. B.Rzayev ciddi zədə aldığından mübarizəni davam etdirə bilməyib.

74 ölkədən 1874 idmançının iştirakı ilə Dünya Karate Federasiyasının (WKF) bu mötəbər liqa yarışından bir gün əvvəl isə 12-21 yaşlılar arasında WKF Kuboku uğrunda turnirdə milli komandanın üzvləri iki qızıl və bir bürünc medala yiyələnib.

Roman Heydərov (kata) və Murad Hacızadənin (+84 kq) çempionluğu, Hüseyn Alıyevin (-67 kq) üçüncü yeri tutması ilə birgə, karateçilərimiz milli komandanın məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Qurban Tağıyevin rəhbərliyi altında Xorvatiyada nüfuzlu turnirlədə iki qızıl, bir gümüş və üç bürünc medal əldə edib. Beynəlxalq hakim Vüqar Kərimov da bu turnirlərin hakimləri arasında olub.

İdmançılar 10 iyulda vətənə dönəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru