Ronaldunu kim əvəz edəcək?

10-07-2018, 11:07           

Madrid “Real”ı klubdan gedəcəyi təqdirdə Kriştianu Ronaldunu əvəzləyəcək futbolçuların siyahısını müəyyənləşdirib.

Oxu.Az-ın verdiyi xəbərə görə, siyahıya PSJ-nin şərəfini qoruyan Neymarbaşçılıq edir, ikinci isə onun komanda yoldaşı Kilian Mbappedir.

Üçüncü yerdə “Çelsi”nin hücumameyilli yarımmüdafiəçisi Eden Azardır.

Lakin PSJ-nin hər iki forvardının müqaviləsində onların dəqiq satış qiymətii göstərilməyib. Buna görə də “Real” üçün Neymar və ya Mbappenin transferini həyata keçirmək çətinliklərlə üzləşə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru