Qurban Qurbanov: “Sabah sərfəli nəticə qazanmağa çalışacağıq” –"Qarabağ" ÇL-də ilk oyununa çıxır

11-07-2018, 00:36           

“Rəqibimiz yeni baş məşqçi ilə yeni heyət qurub. Oyunların hamısını izləmişəm, hər oyuna fərqli sistemlə çıxırlar”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Sloveniyada “Olimpiya”ya qarşı keçirəcəkləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis komandasını çətin və maraqlı qarşılaşmanın gözlədiyini bildirib:

“Təbii ki, ilk oyundan sonra rəqibi daha yaxşı tanıyacağıq və cavab matçı daha asan olacaq. Həmişə demişəm ki, ən vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır. Bizim də bəzi problemlərimiz var. Buna baxmayaraq, sabah sərfəli nəticə qazanmağa çalışacağıq. Maraqlı və gərgin oyun olacağını düşünürəm”.

Lyublyanadakı “Stojitse” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru